Ronaldunun "Əl-Nəsr" klubuna mümkün keçidinin detalları bəlli olub

Ronaldunun "Əl-Nəsr" klubuna mümkün keçidinin detalları bəlli olub Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubuna mümkün keçidinin detalları bəlli olub.
Futbol
30 Noyabr , 2022 20:29
Ronaldunun Əl-Nəsr klubuna mümkün keçidinin detalları bəlli olub

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubuna mümkün keçidinin detalları bəlli olub.

"Report" xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, 37 yaşlı hücumçu Ər-Riyad təmsilçisindən rəsmi təklif alıb. Klub təcrübəli forvarda 2025-ci ilədək hər mövsüm üçün 200 milyon avro maaş ödəməyə hazır olduğunu bildirib.

Məbləğin böyük hissəsi sponsorluq müqavilələrindən əldə olunacaq. Buna görə də oyunçunun imic hüquqlarının müzakirə olunub-olunmayacağı hələ məlum deyil.

Qeyd edək ki, Kriştianu Ronaldunun son klubu İngiltərə "Mançester Yunayted"i olub. "Qırmızı şeytanlar" futbolçunun qalmaqallı müsahibəsindən sonra onunla yolları ayırıb.

Son xəbərlər

Orphus sistemi