Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu məğlubiyyətsiz oyunlara görə dünya rekordu qırıb.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytı məlumat yayıb.
Hesablamalara görə, “Əl-Nəsr” – “Persepolis” oyunundan (2:0) sonra 38 yaşlı forvard artıq uduzmadığı min qarşılaşma keçirib. Onlarda 776 qələbə qazanıb, 224 heç-heçə olub. Bundan sonra Ronaldu öz klubunun heyətində daha bir qələbə qazanıb – “Əl-Əhli”yə qarşı oyunda (4:3).
Məğlubiyyətsiz keçirdiyi 1001 matçdan “Əl-Nəsr”in payı 28, “Mançester Yunayted”in – 284, “Yuventus”un – 114, “Real Madrid”in – 386, “Sportinq Lissabon”un – 21, Portuqaliya millisinin – 168 olub. Ümumilikdə, Ronaldu karyerasında 1 183 oyun keçirib.