Ronaldu karyerası ərzində 15-ci dəfə bir mövsümdə 20-dən çox qol vurub
Futbol
- 05 aprel, 2025
- 12:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 15-ci dəfə bir mövsümdə 20-dən çox qol vurub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı futbolçu bunu ötən gün “Əl-Hilal”a qarşı səfər matçında (3:1) dubla imza atmaqla reallaşdırıb.
Portuqaliyalı ön xətt oyunçusu həmçinin karyerasında 931-ci qolu vurub.
Qeyd edək ki, K.Ronaldu Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə keçirdiyi 25 oyunda 21 qola və 3 məhsuldar ötürməyə müəlliflik edib. Futbolçunun "Əl-Nəsr"lə hazırkı müqaviləsinin müddəti 2024/2025 mövsümünün sonuna qədərdir. Onun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.
Son xəbərlər
06:49
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
Digər ölkələr
06:15
BMT-də Azərbaycanın multikultural cəmiyyət modelindən bəhs olunub
Xarici siyasət
05:43
Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir
Digər ölkələr
05:15
"ChatGPT"də təhlükəsiz yazışma funksiyası istifadəyə verilib
İKT
04:53
Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb
Xarici siyasət
04:36
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Digər ölkələr
03:58
"The Times": Britaniya Şimal dənizində qaz yatağını işlətmək niyyətindədir
Digər ölkələr
03:22
WP: Putin Trampın seçkilərlə bağlı narahatlığından onu öz tərəfinə çəkmək üçün istifadə edib
Digər ölkələr
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes