Ronaldu DÇ-2022-nin qalibi olsa, karyerasını başa vuracaq

Ronaldu DÇ-2022-nin qalibi olsa, karyerasını başa vuracaq Məncə, 40 yaşında karyeranı başa vurmaq ən yaxşısıdır"
Dünya Çempionatı - 2022
18 Noyabr , 2022 09:52
Ronaldu DÇ-2022-nin qalibi olsa, karyerasını başa vuracaq
Kriştianu Ronaldu

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu bu il Qətərdə keçiriləcək dünya çempionatının qalibi olsa, karyerasını başa vuracaq.

"Report" xəbər verir, 37 yaşlı hücumçu bu barədə Talk TV-də Pirs Morqana müsahibəsində bildirib.

Təcrübəli forvard bunun gerçəkləşməyəcəyi təqdirdə daha 2-3 il oynamaq istədiyini söyləyib: "Məncə, 40 yaşında karyeranı başa vurmaq ən yaxşısıdır".

Ronaldu Argentina millisinin və Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messi haqqında da danışıb: "Messi inanılmaz futbolçudur. Onunla 16 il eyni səhnəni paylaşdıq, möhtəşəm münasibətimiz də var. Dost kimi olmasa da, daha çox komanda yoldaşı kimiyik".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Portuqaliya H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi