Ronaldu Bekhemin keçmiş və hazırkı klublarından təklif alıb

Ronaldu Bekhemin keçmiş və hazırkı klublarından təklif alıb İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu MLS-dən (Baş Futbol Liqası) iki təklif alıb.
Futbol
17 Fevral , 2022 01:37
Ronaldu Bekhemin keçmiş və hazırkı klublarından təklif alıb

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu MLS-dən (Baş Futbol Liqası) iki təklif alıb.

"Report"un "Todofichajes" nəşrinə istinadən məlumatına görə, portuqaliyalı hücumçu ilə ABŞ-ın "İnter Mayami" və "Los-Anceles Qelaksi" klubları müqavilə bağlamaqda maraqlıdır. Klub nümayəndələri artıq Ronaldunun nümayəndələri ilə əlaqə saxlayıblar.

37 yaşlı forvardın "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin iyununadək nəzərdə tutulub. Bununla belə, Ronaldu Çempionlar Liqasına çıxa bilməyəcəyi təqdirdə, "Mançester Yunayted"i tərk edə bilər.

Son zamanlar onun baş məşqçi Ralf Ranqnikin iş üslubundan narazı qaldığı və yayda komandadan ayrılmasının mümkünlüyünə dair xəbərlər dolaşır. Bu mövsüm Ronaldu Premyer Liqada 21 oyuna 9 qol vurub.

Qeyd edək ki, "İnter Mayami"nin sahibi İngiltərə millisinin və "Mançester Yunayted"in keçmiş futbolçusu Devid Bekhemdir. Bekhem futbolçu kimi 2007 - 2012-ci illərdə "Los-Anceles Qelaksi"nin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi