Ronaldu 200 fərqli komandaya qol vuran ilk futbolçu olub
Futbol
- 25 noyabr, 2024
- 07:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu 200 fərqli komandaya qol vuran ilk oyunçu olub.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən 39 yaşlı hücumçu buna "Əl-Qadisiya"ya uduzduqları (1:2) çempionatın XI turunun matçında fərqlənməklə nail olub.
Təcrübəli forvard 152 kluba, 48 milliyə qol vurmağı bacarıb. O, ümumilikdə 270 (198 klub, 72 yığma) komandaya qarşı oynayıb .
Qeyd edək ki, Ronaldunun ən çox qol vurduğu klub İspaniya təmsilçisi "Sevilya"dır (27 qol). O, Lüksemburq millisinin qapısından isə 11 top keçirib.
Son xəbərlər
08:27
Dietoloq zülal qəbulunu artırmağın doqquz üsulunu açıqlayıb
Sağlamlıq
08:15
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:14
Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb
Region
08:02
Almatıda fərdi evdə yanğın baş verib, ölənlər var
Region
07:42
Neuralink yeni neyroimplant sınaqlarına icazə alıb
Sağlamlıq
07:14
Britaniya Soyuq müharibədən sonra ilk dəfə veteranları hərbi xidmətə çağırışa hazır olmağa dəvət edib
Digər ölkələr
06:55
Foto
Video
Misirdə sisternin aşmasından sonra baş verən yanğında ölənlərin sayı 30-u ötüb
Digər ölkələr
06:28
"Bloomberg": Konqresin razılığı olmasa, ABŞ ordusu təxminən 500 raket ala bilməyəcək
Digər ölkələr
05:48
Pentaqon süni intellekti zirehli texnikaya və dəniz dronlarına inteqrasiya etməyi planlaşdırır
Digər ölkələr