“Mançester Yunayted” Ronaldunun dublu ilə “Arsenal” üzərində qələbə qazanıb

“Mançester Yunayted” Ronaldunun dublu ilə “Arsenal” üzərində qələbə qazanıb Mançesterin (İngiltərə) “Old Trafford” stadionunda İngiltərə Premyer Liqasının 14-cü turunun final matçı baş tutub.
Futbol
3 Dekabr , 2021 02:15
“Mançester Yunayted” Ronaldunun dublu ilə “Arsenal” üzərində qələbə qazanıb

Mançesterin (İngiltərə) “Old Trafford” stadionunda İngiltərə Premyer Liqasının 14-cü turunun final matçı baş tutub.

“Report” xəbər verir ki, Ralf Ranqnikin rəhbərliyi altında debüt oyununda “Mançester Yunayted” Londonun “Arsenal” klubunu qəbul edib. Görüş “Mançester Yunayted”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 13-cü dəqiqədə "Arsenal"ın yarımmüdafiəçisi Emili Smit-Rou açıb. Birinci hissənin sonlarında meydan sahibləri portuqaliyalı Bruno Fernandeşin səyi ilə hesabı bərabərləşdirib, ikinci hissənin əvvəlində isə onun həmyerlisi Kriştianu Ronaldu “Mançester Yunayted”i hesabda önə keçirib. Artıq iki dəqiqə sonra Martin Edeqor bu mövsüm ikinci dəfə fərqlənərək yenidən tarazlığı bərpa edib.

Qarşılaşmanın 70-ci dəqiqəsində Ronaldu dubl edib – o, penalti zərbəsini reallaşdıraraq matçın yekun hesabını müəyyənləşdirib - 3:2.

Son xəbərlər

Orphus sistemi