Səudiyyə Ərəbistanının "Əl-Nasr" komandasının portuqaliyalı hücumçusu Kristianu Ronaldu qapıçı David de Xeanı klubda karyerasını davam etdirməyə razı sala bilməyib.
“Report” xəbər verir ki, bu barədə “90min” məlumat yayıb.
Məlumata görə, De Xea Çempionlar Liqasında yenidən oynamaq istəyir və növbəti gedişinə qərar vermək üçün yanvar transfer pəncərəsinin açılmasını gözləməyə hazırdır. Bununla yanaşı, qeyd olunur ki, De Xea yaxşı təklif almasa, qapıçı karyerasını bitirmək barədə düşünəcək.
De Xeanın "Mançester Yunayted"lə müqaviləsi bu il iyunun sonunda başa çatır. Tərəflər müqaviləni yeniləməmək qərarına gəliblər. Qapıçı 2011-ci ildən "qırmızı şeytanlar"da çıxış edir. O, ötən mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 58 oyun keçirib.