Roman Qriqorçuk: "Qarabağ" həqiqətən top-komandadır"

Roman Qriqorçuk: "Qarabağ" həqiqətən top-komandadır" "Qarabağ"ın UEFA Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırmasından həqiqətən məyus oldum. Çünki bu komandaya, baş məşqçisinə, futbolçularına böyük hörmətim var".
Futbol
894
22 Sentyabr , 2020 14:23
Roman Qriqorçuk: Qarabağ həqiqətən top-komandadır
Roman Qriqorçuk

"Qarabağ"ın UEFA Çempionlar Liqasında mübarizəni dayandırmasından həqiqətən məyus oldum. Çünki bu komandaya, baş məşqçisinə, futbolçularına böyük hörmətim var".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"ın Avropanın ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində Norveç "Molde"sinə məğlubiyyətini şərh edərkən deyib.

Hazırda Belarusun "Şaxtyor" (Soliqorsk) komandasına başçılıq edən ukraynalı mütəxəssis Ağdam təmsilçisini top-komanda adlandırıb: "Bilirəm ki, onlar yaxşı işləməyi bacarırlar, hər şey öz yerindədir. "Qarabağ" həqiqətən də top-komandadır. Uğursuzluq səbəbindən "Molde"yə uduzmaları mənə pis təsir etdi. "Qarabağ"a müntəzəm olaraq Çempionlar Liqasının qrup mərhələsində oynamağı arzu edirəm. Çünki öz işləri, futbola münasibətləri ilə buna layiqdirlər".

"Qarabağ"ın penaltilər seriyasında rəqibinə uduzmasına münasibət bildirən 55 yaşlı baş məşqçi uğur qazanmaq üçün yaxşı oyunla yanaşı, bəxt amilinin də vacib olduğunu vurğulayıb: "Futbol fərqlidir. Burada uğurla yanaşı, uğursuzluq da olur. Yüksək nəticələrə nail olmaq üçün bir çox amil üst-üstə düşməlidir. Həm komanda yaxşı çıxış etməli, həm də uğur sənin tərəfində olmalıdır".

Qeyd edək ki, Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub. Əyalət təmsilçisi onun rəhbərliyi altında 2015/2016, 2016/2017 mövsümlərində UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi