Robert Levandovski sürüşərək zədələnib

Robert Levandovski sürüşərək zədələnib Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski zədələnib.
Futbol
15 Mart , 2022 17:07
Robert Levandovski sürüşərək zədələnib

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski zədələnib.

"Report" "Sky Germany" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Münhen təmsilçisinin bugünkü məşqini vaxtından əvvəl bitirmək məcburiyyətində qalıb.

Polşalı forvard hazırlıq prosesində qapıya zərbələr endirərkən sürüşüb və uzun müddət qazonda uzanıb. Levandovski həkimlərlə məsləhətləşmədən sonra məşqi davam etdirsə də, çox keçmədən axsayaraq meydanı tərk edib.

Sağ dizindən xəsarət alan hücumu tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Robert Levandovski cari mövsüm 36 matçda iştirak edib, 43 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi