Respublika Stadionunun ot örtüyü yenilənir

Respublika Stadionunun ot örtüyü yenilənir Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir.
Futbol
15 May , 2023 18:49
Respublika Stadionunun ot örtüyü yenilənir

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir.

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır.

Bildirilib ki, meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır: "Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də "Sabah" - "Beşiktaş" yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb".

Meydançanın tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi