Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi təyin olunub

Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi təyin olunub Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi təyin olunub.
Futbol
17 iyul 2020 11:11
Rəşad Sadıqov Zirənin baş məşqçisi təyin olunub
Rəşad Sadıqov

Zirə” komandasının yeni baş məşqçisi bəlli olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Rəşad Sadıqova həvalə olunub. 38 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb.

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov təyinatla bağlı fikirlərini bölüşüb. O, Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılığa gəldiklərini bildirib: "Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.

Qeyd edək ki, 2011-ci ildən "Qarabağ"da çıxış edən Rəşad Sadıqov 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub. O, iyulun 15-də Ağdam klubu ilə vidalaşdığını da açıqlayıb.

Orphus sistemi