Rəşad Sadıqov: "Turan Tovuz"la oyunlar hər zaman çətin keçir"

Rəşad Sadıqov: "Turan Tovuz"la oyunlar hər zaman çətin keçir" "Turan Tovuz"la oyunlar hər zaman çətin keçir.
Futbol
4 mart 2025 19:52
Rəşad Sadıqov: Turan Tovuzla oyunlar hər zaman çətin keçir

"Turan Tovuz"la oyunlar hər zaman çətin keçir.

"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XXV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, qələbə qazandıqları matç barədə danışıb:

"İlk növbədə yüksək performans sərgilədiklərinə görə futbolçularıma təşəkkür edirəm. Çətin səfər oyunu idi. "Turan Tovuz" çox yaxşı komandadır. Bu komandaya qarşı hazırlaşmaq çətin idi. Görüşdən əvvəl təhlillər aparmışdıq. Ötən dəfə də hiss etmişdik ki, "Turan Tovuz"la qarşılaşmalar çətin keçir. Olduqca vacib 3 xal qazandıq. Ən sıx qrafikdə oynayan komandalardan biri bizik. 4 gündən sonra "Səbail"lə görüşümüz var".

Qeyd edək ki, XXV turun "Turan Tovuz" - "Zirə" oyununda "qartallar" 2:0 hesablı qələbəyə sevinib.

Son xəbərlər

Orphus sistemi