"Kəpəz"in baş məşqçisi: "Mənə elə gəlir ki, futbolçuları inandıra bilmişik"

"Kəpəz"in baş məşqçisi: "Mənə elə gəlir ki, futbolçuları inandıra bilmişik" Mənə elə gəlir ki, futbolçuları inandıra bilmişik.
Futbol
4 Oktyabr , 2024 19:42
Kəpəzin baş məşqçisi: Mənə elə gəlir ki, futbolçuları inandıra bilmişik

Mənə elə gəlir ki, futbolçuları inandıra bilmişik.

"Report" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Nefrçi"yə qarşı Azərbaycan Premyer Liqasının IX turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, qələbə qazandıqları üçün sevincli olduğunu bildirib:

"İlk növbədə şəhidlərimizi anmaq istəyirəm. Bildiyiniz kimi, bu gün Vətən müharibəsi zamanı Gəncəyə ilk raket zərbələrindən 4 il keçir. Biz dünən bazada bu hadisələrlə bağlı futbolçulara video izlətdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə isə cansağlığı versin. Oyuna gəlincə, qələbə qazandığımız üçün sevincliyik.

Qələbənin "Neftçi" üzərində olmasını xüsusilə vurğulamaq istərdim. Bilirdik ki, doğru yoldayıq. Atdığımız addımlar yaxşı nəyəsə gətirib çıxaracaq. İstədiyimizi həm birinci, həm də ikinci hissədə etdik. Fasilədən sonra daha sığortalı oynamağa çalışdıq. Qol epizodları oldu. Futbolda bəzən olur ki, ələ düşən bütün fürsətlərdən yararlana bilirsən. İnanmaq lazımdır, hər şey inamdan asılıdır. Mənə elə gəlir ki, uşaqları inandıra bilmişik".

Qeyd edək ki, ölkə çempionatının IX turunda "Kəpəz" Tovuz şəhər stadionunda "Neftçi"yə 4:3 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi