"Real Madrid" Mbappenin transferi üçün daha bir cəhd edəcək
Futbol
- 10 may, 2023
- 19:57
İspaniya "Real Madrid"i Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappenin transferi üçün daha bir cəhd edəcək.
"Report" "The Telegraph"a istinadən xəbər verir ki, "kral klubu" cari mövsümün sonunda 25 yaşlı hücumçu uğrunda yenidən mübarizəyə qoşulacaq.
İddiaya görə, Madrid təmsilçisi Almaniyanın "Borussiya" (Dortmund) komandasının yarımmüdafiəçisi Cud Belligemin keçidi ilə kifayətlənməyəcək və fransalı forvardı almaq üçün hər cür səy göstərəcək. La Liqa klubu gənc oyunçulardan ibarət iddialı komanda qurmaq istəyir.
PSJ isə aparıcı futbolçusunu satmaq fikrində deyil.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 36 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun Paris klubu ilə 2025-ci ilin iyununadək müqaviləsi var.
Son xəbərlər
14:38
Ağdamda ev, Goranboyda ferma yanıb
Hadisə14:21
Xamenei: ABŞ-ın İrana qarşı hərbi təcavüzü iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq
Region14:09
İtaliya klubu Roberto De Zerbini baş məşqçi təyin etmək istəyir
Futbol13:48
Foto
Antalyada növbəti ağır yol qəzasında 6 nəfər ölüb
Region13:37
NYT: Donbassdakı güzəştlər Rusiyanı dayandırmayacaq
Digər ölkələr13:21
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Ekologiya13:00
Fransa klubunun futbolçusu "Yuventus"a keçir
Futbol12:57
Video
Antalyada sərnişin avtobusu dərəyə aşıb, səkkiz nəfər ölüb, 26-sı yaralanıb
Region12:39