"Real Madrid"dən rusiyalı futbolçuya görə şikayət edilib
Futbol
- 03 dekabr, 2015
- 06:46
Bakı. 3 dekabr. REPORT.AZ/ İspaniyanın "Kadis" klubu "Real Madrid"in futbolçusu Denis Çerışevin ölkə kubokunun 1/8 final matçında iştirakı ilə bağlı rəsmi etiraz bildirib. "Report"un məlumatına görə, buna rusiyalı yarımmüdafiəçinin cəzalı durumda olduğu halda, iki komanda arasındakı matça çıxması səbəb olub.
Çerışey ötən mövsüm "Vilyarreal"ın heyətində olduğu vaxt Kral Kubokunda 3 sarı vərəqə alıb. Qaydalara əsasən, o, növbəti oyunu buraxmalı idi. Amma 25 yaşlı oyunçu "Kadis"lə matçın start heyətində yer alıb və fasilədə əvəzlənib.
"Kral klubu" cəzalı futbolçunu meydana buraxdığı üçün kubokdan kənarlaşdırıla, görüşün nəticəsi isə ləğv oluna bilər.
Qeyd edək ki, görüş "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
07:18
Foto
Video
Tramp Vaşinqtonda atışmada şübhəli bilinən şəxsin foto və videolarını paylaşıb
Digər ölkələr07:10
Tramp: Vaşinqton qəbul zamanı atəş açan şəxsin bir neçə silahı olub
Digər ölkələr07:03
İsrailin Müdafiə Ordusu Livanın cənubuna zərbələr endirib
Digər ölkələr06:38
Tramp atışma hadisəsindən sonra mətbuat konfransı keçirəcəyini açıqlayıb
Digər ölkələr06:33
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər bu gün imtahan verəcək
Elm və təhsil06:28
Tramp qəbulu zamanı atəş açan şəxsin saxlanıldığını açıqlayıb
Digər ölkələr06:00
Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək
Elm və təhsil05:49
İspaniyada attraksionda qəza nəticəsində dörd nəfər xəsarət alıb
Digər ölkələr05:32