"Real" klubu "Mançester Siti"nin yarımmüdafiəçisini transfer siyahısına salıb
Futbol
- 04 aprel, 2025
- 10:25
İspaniyanın "Real" klubu "Mançester Siti"nin (İngiltərə) yarımmüdafiəçisi Bernardu Silvanı transfer siyahısına salıb.
"Report"un “Defensa Central”a istinadən məlumatına görə, 30 yaşlı portuqaliyalı yarımmüdafiəçinin Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunda bitəcək.
Bu səbəbdən Madrid klubu təcrübəli futbolçunu sərfəli qiymətə ala biləcəyini düşünür.
Qeyd edək ki, Bernardu Silva İngiltərə Premyer Liqasının cari mövsümündə bütün turnirlərdə 40 oyun keçirib, 3 qola və 4 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı onun dəyərini 45 milyon avro qiymətləndirir.
Son xəbərlər
13:27
Suriya ordusu "SDQ"yə qarşı hərbi əməliyyata başlayıb
Digər ölkələr13:08
Tramp Venesuela müxalifətinin liderinə dəstək vermədiyinin səbəbini şərh etməyib
Digər ölkələr13:06
Ötən il 106 mühafizə orderi verilib
Sosial müdafiə13:05
Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Maliyyə13:05
Ötən il Azərbaycanda 83 kişi zorakılığa məruz qalıb
Sosial müdafiə13:04
"Sabah" serbiyalı legioneri ilə yolları ayırıb
Futbol13:00
Erməni nazir: Azərbaycandan idxal olunan yanacağa ölkəmizdə tələbat yüksəkdir
Region12:59
Foto
SOCAR "TotalEnergies" ilə "Abşeron" yatağının işlənməsini müzakirə edib
Energetika12:57
Foto