"Real"ın braziliyalı hücumçusu yenidən zədələnib
Futbol
- 22 iyul, 2025
- 12:10
Madrid "Real"ının braziliyalı hücumçusu Endrik yenidən zədələnib.
"Report"un İspaniyanın "Sport.es" onlayn nəşrinə istinadən məlumatına görə, futbolçu iki ay yarıma qədər bərpa olunacaq.
Mənbənin məlumatına görə, "Real"da Endrikin zədədən yalnız sentyabrın sonuna qədər sağalacağı gözlənilir.
Braziliyalı ilk zədəsini mayın 18-də, La Liqanın XXXVII turunun "Sevilya" ilə (2:0) matçında almışdı. Bu səbəbdən o, klublararası dünya çempionatında oynaya bilməmişdi.
"Real"ın yeni mövsümdə ilk matçı avqustun 19-na planlaşdırılıb. Madrid təmsilçisi 2025/2026 mövsümündə La Liqanın ilk turunda "Osasuna" ilə qarşılaşacaq.
Endrik 2024-cü ildən "Real"da çıxış edir. O, ötən mövsüm 37 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə verib.
Son xəbərlər
23:57
Ukrayna və NATO arasında əməkdaşlığın əsas prioritetləri razılaşdırılıb
Digər ölkələr23:42
Laricani: Tehranda ABŞ ilə danışıqların təşkili üzərində iş aparılır
Region23:21
KİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
Digər ölkələr23:05
KİV: Fransada polislərin aksiyasında 45 mindən çox insan iştirak edib
Digər ölkələr22:52
Siciliyada torpaq sürüşməsi yaşayış binasının çökməsinə səbəb olub
Digər ölkələr22:37
Tramp: ABŞ-nin planı İranla danışıqlardan ibarətdir
Digər ölkələr22:24
Foto
Əraqçi: ABŞ İran ərazisində ordumuza təlim qaydalarını diktə etməyə çalışır
Region22:09
Foto
Video
Kürdəmirdə qadın sürücü qəza törədib, xəsarət alanlar var
Hadisə21:51