Raul Qonsales baş məşqçi kimi ilk titulunu qazanıb

Raul Qonsales baş məşqçi kimi ilk titulunu qazanıb Real Madridin əfsanəvi futbolçusu Raul Qonsales klubun U-18 komandasına baş məşqçi kimi İspaniya çempionluğu qazandırıb.
Futbol
106
8 Aprel , 2019 22:41
Raul Qonsales baş məşqçi kimi ilk titulunu qazanıb

"Real Madrid"in əfsanəvi futbolçusu Raul Qonsales klubun U-18 komandasına baş məşqçi kimi İspaniya çempionluğu qazandırıb.

"Report"un məlumatına görə, 41 yaşlı sabiq hücumçu "Instagram" hesabına komandanın fotosunu yerləşdirib. O, "Böyük çempionlar komandasının bir hissəsi olmağıma çox şadam" yazıb. Bu, ulduz futbolçunun baş məşqçi qismində ilk titulu olub.

Qeyd edək ki, Raul Qonsales U-18-ə martda baş məşqçi təyin olunub. Ötən illərin məşhur qolçusu Alvaro Benitonu əvəzləyib. O, "Real Madrid"də 1994 - 2010-cu illərdə çıxış edib. Raul futbolçu kimi 6 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqasını qazanıb.

Son xəbərlər

Orphus sistemi