Qurban Qurbanov qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvlərinə forma hədiyyə edəcək - VİDEO

Qurban Qurbanov qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvlərinə forma hədiyyə edəcək - VİDEO Qarabağın baş məşqçisi Qurban Qurbanov qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvlərinə forma hədiyyə edəcək.
Futbol
19 Dekabr , 2019 17:44
Qurban Qurbanov qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvlərinə forma hədiyyə edəcək - VİDEO
Qurban Qurbanov / Report / Firi Salim

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvlərinə forma hədiyyə edəcək. 

"Report"un məlumatına görə, 47 yaşlı mütəxəssis bu barədə İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2019" layihəsi çərçivəsində "7 Qalib" adlı mükafatlandırma mərasimində bildirib. 

Qurbanov şahmat idman növünə hər zaman hörmətlə yanaşdığını sözlərinə deyib: "Uşaq vaxtı şahmata marağım böyük olub. Hazırda zəif oynayıram. Qadın şahmatçılardan ibarət millimizi təbrik edirəm. Qızların hərəsinə "Qarabağ"ın forması mənim adımdan hədiyyə olunacaq. Klubun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qızlarla əlaqə saxlayacaq.  Ermənilər üzərində qələbənin dəyəri danılmazdır".

Qeyd edək ki, Qurban Qurbanov İAM-ın sorğusuna əsasən, ilin baş məşqçisi, Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanan şahmat yığması isə ilin komandası seçilib. 

Son xəbərlər

Orphus sistemi