Qurban Qurbanov: "Rəqib bir xala layiq idi"

Qurban Qurbanov: "Rəqib bir xala layiq idi" "Başqa çıxış yolumuz yoxdur"
Futbol
4 Fevral , 2023 16:36
Qurban Qurbanov: Rəqib bir xala layiq idi

"Rəqib bir xala layiq idi. Onları təbrik edirəm. Tərlan Əhmədova uğurlar arzulayıram".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXI tur matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis qarşılaşmanın asan olmadığını bildirib: "Gəncədəki oyunlar həmişə gərgin şəraitdə keçib. Təəssüflər olsun ki, oyunumuzu yaxşılaşdıra bilmirik. Görüşün sürətini, dinamikasını normallaşdırmaq üçün şərait də yaxşı olmalıdır. Qış fasiləsindən sonra ilk matçımızı saat 14:00-da süni örtüklü stadionda keçirmişik. Ondan sonra saat 16:00-da, bu gün isə yenidən 14:00-da oynadıq. Belə şəraitdə futbolçulardan tam istədiyimiz performansı gözləyə bilmərəm".

Təcrübəli baş məşqçi ağır qrafiklə üz-üzə gələcəklərini xatırladıb: "İlk dəfə belə halla rastlaşmırıq. Çatışmazlıqlar var. Qarşıdakı günlərdə matçlara daha yaxşı hazırlaşmağa çalışacağıq. Başqa çıxış yolumuz yoxdur. Əlimizdə olan futbolçuların bərpasını tezləşdirməliyik. Oyundan-oyuna komandanı qarşılaşmalara daha yaxşı kökləmək istəyirik".

Son xəbərlər

Orphus sistemi