Qurban Qurbanov: "Molde" çox intizamlı komandadır"

Qurban Qurbanov: "Molde" çox intizamlı komandadır" "Milli komandaların fasiləsindən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil, bir neçə futbolçumuzun mikrozədələri var, bu bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir. Rəqibimiz də bu turnirə çox ciddi hazırl
Futbol
15 Sentyabr , 2020 20:34
Qurban Qurbanov: Molde çox intizamlı komandadır
Qurban Qurbanov

"Milli komandaların fasiləsindən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində sabah Norveç "Molde"si ilə keçiriləcək oyun öncəsi deyib.

48 yaşlı mütəxəssis bildirib ki, bir neçə futbolçunun mikrozədəsi var: "Bu, bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir".

Onun sözlərinə görə, rəqib də turnirə çox ciddi hazırlaşır: "Çox intizamlı komandadır. "Molde" fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik".

Qeyd edək ki, sabah Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi