"Bütün fikrimizi sabahkı oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır. Orta xətdə çox sürətli və təhlükəli futbolçuları var. Başda baş məşqçi olmaqla bütün komanda olduqca istəklidir".
"Report"un məlumatına görə, bunu "Qarabağ" komandasının baş məşqçisi
47 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmanın süni örtüklü meydanda oynanması futbola təsir edir:
"Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, fikrimizi tam olaraq sabahkı oyuna cəmləşdirməliyik. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq".
İyulun 24-də Dandolk şəhərindəki "Oriel Park"da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.