Qurban Qurbanov: "Bəzi dəyişikliklər ola bilər"

Qurban Qurbanov: "Bəzi dəyişikliklər ola bilər" “Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika da var idi”.
Futbol
16 Dekabr , 2019 22:19
Qurban Qurbanov: Bəzi dəyişikliklər ola bilər
Qurban Qurbanov

“Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika da var idi”.

"Report"un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1\4 final mərhələsinin ilk oyununda “Keşlə”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

47 yaşlı mütəxəssis futbolçuların son dəqiqələrə qədər tempi saxladığını bildirib: "Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Qalib gəlsək də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq”.

- Qış fasiləsində gedənlər və gələnlər olacaqmı?

- Danışıq apardıqlarımız var, axtarışlar davam edir. Amma sonda necə olacaq, bilmirik. Bəzi dəyişikliklər ola bilər.

- Asmir Beqoviç məsələsində bir yenilik var?

- Düzünü deyim, çətin görünür. Rəhbərliklə görüşüm olacaq. “Bornmut” rəhbərliyi ilə yaxşı münasibət var. Onlarla görüş olacaq. Beqoviç də qalmaq istəyir.

- Milli komandaya qayıtmaq təklifi alsanız, necə qiymətləndirərsiniz?

- Bu sualın cavabı burda qalsın. “Qarabağ”la daha yaxşı hazırlaşaq.

Son xəbərlər

Orphus sistemi