"Qızıl top"un 68-ci mükafatlandırma mərasimi Messisiz və Ronaldusuz keçiriləcək

"Qızıl top"un 68-ci mükafatlandırma mərasimi Messisiz və Ronaldusuz keçiriləcək Fransanın "France Football" jurnalının versiyasına əsasən, 2023/24-cü illər mövsümünün yekunlarına görə bu gün dünyanın ən yaxşı futbolçusu üçün mükafatın təntənəli təqdimetmə mərasimi keçiriləcək.
Futbol
28 Oktyabr , 2024 04:21
Qızıl topun 68-ci mükafatlandırma mərasimi Messisiz və Ronaldusuz keçiriləcək

Bu gün Fransanın "France Football" jurnalının versiyasına əsasən 2023/2024 mövsümünün yekunlarına görə dünyanın ən yaxşı futbolçusu üçün "Qızıl top" mükafatının təntənəli təqdimetmə mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, tədbir Parisdəki "Şatle" teatrında baş tutacaq və Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

İlk dəfə olaraq "Qızıl top" UEFA ilə birgə təqdim olunacaq. 2010-2015-ci illərdə mükafat FIFA ilə birlikdə “France Football” jurnalı tərəfindən təqdim edilib. Mükafat 2016-cı ildən nəşrin və FIFA-nın versiyasına görə verilir. FIFA-nın versiyasına görə ən yaxşı oyunçu mükafatı 1991-2009-cu illərdə də verilib.

2023-cü ildə "Qızıl top"un sahibi ABŞ-nin "İnter Mayami " klubunun argentinalı hücumçusu Lionel Messi olub.

2003-cü ildən ilk dəfə mükafat uğrunda namizədlər siyahısında nə Lionel Messi, nə də Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu var.

Bu dəfə namizədlər siyahısına 30 futbolçu daxil edilib. Mükafatı qazanmağa Vinisius Junior (Braziliya), Emiliano Martines, Lautaro Martines (hər ikisi Argentina), Niko Uilyams, Dani Olmo, Lamin Yamal, Alexandro Qrimaldo, Rodri, Daniel Karvaxal (hamısı İspaniya), Koul Palmer, Harri Keyn, Bukayo Saka, Deklan Rays, Fil Foden, Cud Bellinqem (hamısı İngiltərə), Vitinya, Ruben Diaş (hər ikisi Portuqaliya), Ademola Lukman (Nigeriya) kimi tanınmış futbolçular iddialıdırlar.

Son xəbərlər

Orphus sistemi