"Qəbələ"yə 4 qol vuran hücumçu ilin futbolçusu seçilib
Futbol
- 08 yanvar, 2016
- 06:44
Bakı. 8 yanvar. REPORT.AZ/ Qabon millisinin və Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Pyer-Emerik Obameyanq Afrikada 2015-ci ilin ən yaxşı futbolçusu seçilib. "Report"un məlumatına görə, 26 yaşlı hücumçu İngiltərənin "Mançester Siti" komandasının yarımmüdafiəçisi Yaya Ture və "Suonsi"nin hücumçusu Andre Ayyunu qabaqlayıb.
Obameyanq futbolçu karyerası ərzində ilk dəfədir ki, bu mükafata layiq görülür. İlin ən yaxşı baş məşqçisi adını Kot d`İvuar yığmasının sabiq baş məşqçisi Erve Renar qazanıb.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Borussiya"nın futbolçusu "qırmızı-qaralar"ın qapısından 2 oyuna 4 top keçirib. O, ilk 3 qolu Bakıdakı görüşdə, sonuncusunu isə Dortmundda vurub.
Son xəbərlər
22:29
"Sumqayıt"ın baş məşqçisi: "Türkiyədəki toplanışda daha çox gənc oyunçularımız təcrübə qazandı"
Futbol22:13
Tramp İrana təşəkkür edib
Digər ölkələr22:10
Şeynbaum: ABŞ-də narkotik istifadəsi Meksikada kartelləri gücləndirən əsas amildir
Digər ölkələr21:52
Tramp Fransa və Almaniyanı hədələyib
Digər ölkələr21:41
Hakan Fidan və Omanın XİN rəhbəri bölgədəki vəziyyəti müzakirə ediblər
Region21:41
"Neftçi" amerikalı basketbolçu transfer edib, iki oyunçu ilə yollarını ayırıb
Komanda21:40
Azərbaycanın Gürcüstandakı səfiri BP-nin regional prezidenti ilə görüşüb
Energetika21:34
Qazaxıstanlı hakim: "Güləş üzrə Azərbaycan çempionatının və referilərin inkişafı aydın görünür"
Fərdi21:20