Premyer Liqa: "Qəbələ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib
- 10 fevral, 2023
- 12:53
Azərbaycan Premyer Liqasında XXII tura start verilib.
“Report”un məlumatına görə, açılış oyununda "Qəbələ" "Neftçi"ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən matçda qapılara qol vurulmayıb.
Bu heç-heçə ilə xallarını 45-ə çatdıran "ağ-qaralar" 3-cü pillədəki mövqeyini qoruyub. 28-ci xalını qazanan "qırmızı-qaralar" isə 5-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turun "Turan Tovuz" - "Kəpəz" və "Qarabağ" - "Sabah" oyunları fevralın 11-də, "Səbail" - "Zirə" və "Sumqayıt" - "Şamaxı" matçları isə fevralın 12-də keçiriləcək.
15:09
Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Qəbələ” - “Neftçi” matçı əvvəlcədən elan olunduğu kimi, Türkiyədə baş vermiş ağır zəlzələdən həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
“Report”un məlumatına görə, hər iki komanda meydana üzərində qardaş ölkəyə dəstək şüarı yazılmış bannerlə çıxıb.
“Sizinləyik, Türkiyə! Acınız, acımızdır!”, - bannerdəki yazıda qeyd edilib.
Qeyd edək ki, hazırda ilk hissəsi gedən oyunda hesab açılmayıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.
13:58
Azərbaycan Premyer Liqasının XXII turunda üz-üzə gələcək “Qəbələ” və “Neftçi”in start heyətləri açıqlanıb.
“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 78. Elcan Əbilov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.