"Qəbələ" - "Sabah" oyununda insident baş verib
Futbol
- 28 avqust, 2022
- 17:38
Qəbələdə eyniadlı komanda ilə "Sabah" arasında keçirilən futbol üzrə Azərbaycan Premyer Liqasının IV tur oyununda insident baş verib.
"Report"un məlumatına görə, buna qonaqların yarımmüdafiəçisi Coy Lens Mikelsin qol vurduqdan sonra rəqib azarkeşlərini qıcıqlandıran hərəkət etməsi səbəb olub.
Almaniyal oyunçuya dərhal reaksiya verən "qırmızı-qaralar"ın müdafiəçisi Ruan Renato ona hücum çəkib. Daha sonra Bakı klubundan Aleksey İsayev ilə meydan sahiblərindən Rafael Utziq arasında qalmaqal yaşanıb. Məşqçilərin də köməyi ilə tərəfləri çətinliklə sakitləşdirmək mümkün olub.
Matçın baş hakimi Əliyar Ağayev Mikelslə Renatoya sarı vərəqə göstərib.
Qeyd edək ki, hazırda ikinci hissə oynanılır və hesab "Sabah"ın xeyrinədir - 2:0.
"Qəbələ" - "Sabah" oyununda insident baş verib
Son xəbərlər
08:04
Çinin şərqində təbii mis və qızıl ərintisinin iri yataqları aşkar edilib
Digər ölkələr07:52
Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir
Media07:48
Cənubi Koreya Prezidentinin aparat rəhbəri birjadakı dəyişiklik fonunda istefa verib
Digər ölkələr07:15
Foto
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:43
Ağdama qayıdan keçmiş məcburi köçkün: Sevincimin həddi-hüdudu yoxdur
Daxili siyasət06:37
Ağdam sakini: Ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinc gözyaşı ilə qayıdırıq
Daxili siyasət05:57
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb
Digər ölkələr05:20
ABŞ-də keçmiş dəstə lideri Tupakın qətlində təqsirkar bilinib
Digər ölkələr04:58