"Qəbələ" klubu "Qarabağ"la oyunun təxirə salınmasına əsas görmür

"Qəbələ" klubu "Qarabağ"la oyunun təxirə salınmasına əsas görmür "Qəbələ" komandasında daha bir futbolçu koronavirusdan sağalıb.
Futbol
4 Dekabr , 2020 13:27
Qəbələ klubu Qarabağla oyunun təxirə salınmasına əsas görmür

"Qəbələ" komandasında daha bir futbolçu koronavirusdan sağalıb.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, son olaraq, Ülvi İsgəndərovun test nəticəsi mənfi çıxıb.

Hazırda komandada cəmi 1 aktiv koronavirus xəstəsi var. Bu da Ceyms Adeniyidir. Bunadək 8 oyunçuda infeksiya aşkarlansa da, onların əksəriyyəti sağalıb. Bu gün komanda üzvləri yenidən test verəcəklər.

Premyer Liqanın XII turunun 4 oyunundan 3-ü - "Keşlə" - "Səbail", "Sabah" - "Neftçi" və "Zirə" - "Sumqayıt" matçları yoluxma səbəbindən təxirə salınıb. Peşəkar Futbol Liqası bu tur yalnız "Qarabağ" - "Qəbələ" görüşünün keçiriləcəyini açıqlayıb. Qəbələ" klubu səfər matçının təxirə salınması üçün öz tərəflərindən heç bir əsas görmədiyini bəyan edib.

Qeyd edək ki, dekabrın 6-da keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması saat 16:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi