Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək cavab oyunlarından ikisinə hakim təyinatları açıqlanıb.
"Report"un PFL-in saytına istinadən məlumatına görə, "Qəbələ" - "Qarabağ" matçını FIFA referisi Əliyar Ağayev idarə edəcək.
"Səbail" - "Sumqayıt" görüşü isə Orxan Məmmədova tapşırılıb.
6 fevral (şənbə)
15:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu, 15:00
18:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”.
Qeyd edək ki, ilk oyunda "Qarabağ" evdə "Qəbələ"ni 3:1, "Səbail" isə səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Bu mərhələnin digər matçlarında "Keşlə" "Kəpəz"in, "Neftçi" isə "Zirə"nin qonağı olacaq. Hər iki qarşılaşma fevralın 7-də oynanılacaq.