"Qəbələ"nin iki futbolçusu bir oyunluq cəza alıb
Futbol
- 24 oktyabr, 2023
- 08:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi "Qəbələ"nin 2 futbolçusunu cəzalandırıb.
"Report" xəbər verir ki, bölgə təmsilçisinin müdafiəçisi İlkin Qırtımov "Araz-Naxçıvan"a 1:4 hesabı ilə uduzduqları Premyer Liqanın X turunun oyununda birbaşa qırmızı vərəqə aldığı üçün növbəti matçda iştirak edə bilməyəcək.
Onun komanda yoldaşı Osama Xalayla ikinci sarı vərəqəni görərək meydandan kənarlaşdırıldığı üçün bir qarşılaşmanı buraxacaq. "Qırmızı-qaralar" oyunçulara görə müvafiq olaraq 800 və 500 manat ödəyəcək.
"Sabah"ın meneceri İlqar İsrafilov da eyni cəzanı alıb. O, hakimin qərarına etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Paytaxt klubu bu səbəbdən 1000 manat ziyana düşüb.
Son xəbərlər
01:36
Bundesliqa: "Borussiya" "Bayer" üzərində qələbəni əldən verib
Futbol
01:02
NHK: 1,2 milyondan çox istifadəçinin məlumatları sızdırılıb
Digər ölkələr
00:41
SEPAH: Daha bir neft tankeri Hörmüz boğazında minaya düşərək yanıb
Region
00:10
Paşinyan Putinlə Ermənistan-Rusiya münasibətlərinin transformasiyasını müzakirə edəcək
Region
23:56
Mask: USAİD layihələri çirkli pulların yuyulması və rüşvət üçün istifadə edilib
Digər ölkələr
23:43
Suraxanı və Sabunçunun bir sıra ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur
23:36
Paşinyan: Ermənistanda Rusiyanın hərbi bazasına ehtiyac görmürük
Region
23:19
Foto
Vitali Yakovlev: Azərbaycanın vençur bazarının əsas problemlərindən biri maliyyələşməyə çıxışdır
Maliyyə
22:46
İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Siti" ilə heç-heçə edib
Futbol