"Qəbələ"ni Macarıstanda 100-dək azarkeş dəstəkləyəcək

"Qəbələ"ni Macarıstanda 100-dək azarkeş dəstəkləyəcək "Qəbələ" klubu Macarıstanda “Fehervar”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda dəstəksiz qalmayacaq
Futbol
18 İyul , 2022 11:40
Qəbələni Macarıstanda 100-dək azarkeş dəstəkləyəcək

"Qəbələ" klubu Macarıstanda “Fehervar”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda dəstəksiz qalmayacaq.

"Qırmızı-qaralar"ın Mətbuat Xidmətindən "Report"a verilən məlumatına görə, komandanın Sekeşfehervar şəhərindəki matçda 100-dək tərəfdarı olacaq.

Hazırda Türkiyənin Bolu şəhərində hazırlıq keçən əyalət təmsilçisi iyulun 19-da birbaşa Macarıstana yollanacaq. Zədədən sonra bərpa prosesi keçən Urfan Abbasov və əməliyyatın ardından müalicə olunan Yaovi Akakpo qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, iyulun 21-də "Mol Şoşto Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi