Azərbaycanın tanınmış futbolçusunun vəziyyəti ağırdır

Azərbaycanın tanınmış futbolçusunun vəziyyəti ağırdır "Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq futbolçusu Elbrus Abbasov koronavirusa yoluxub.
Futbol
11 Dekabr , 2020 12:37
Azərbaycanın tanınmış futbolçusunun vəziyyəti ağırdır

"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq futbolçusu Elbrus Abbasov koronavirusa yoluxub.

Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, keçmiş hücumçu təqribən 5-6 gün öncə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan Abbasovun süni tənəffüs aparatına qoşulduğu bildirilir.

O, noyabrın 28-də "Qarabağ" klubu ilə birlikdə Ağdama səfər etmişdi.

Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.

 Elbrus Abbasov
Elbrus Abbasov

Son xəbərlər

Orphus sistemi