“Qarabağ” ukraynalı qapıçı transfer edib

“Qarabağ” ukraynalı qapıçı transfer edib Ağdam təmsilçisi ukraynalı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb
Futbol
24 İyun , 2017 10:42
“Qarabağ” ukraynalı qapıçı transfer edib

Bakı. 24 iyun. REPORT.AZ/ 2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” daha bir futbolçunun transferini reallaşdırıb.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb.

Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan 29 yaşlı çərçivə qoruyucusu daha sonra “Krivbass”a keçib. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a transfer olunan qolkiper geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib. O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına da dəvət alıb.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində Bakı “İnter”i ilə müqaviləsinin müddəti başa çatan Abbas Hüseynovu heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi