"Qarabağ" "Qəbələ"ni məğlub edərək liderliyini möhkəmləndirib
- 04 dekabr, 2023
- 17:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
"Report" xəbər verir ki, sonuncu matçda "Qarabağ" "Qəbələ"ni qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axundzadə, 90+2-ci dəqiqədə isə Juninyo Olavio vurub.
Xallarının sayını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. "Qırmızı-qaralar" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan" - "Səbail" (1:1) və "Turan Tovuz" - "Sumqayıt" (2:2) qarşılaşmaları heç-heçə yekunlaşıb.