"Qarabağ" "Neftçi"nin də maraqlandığı hücumçunu heyətinə qatdı

"Qarabağ" "Neftçi"nin də maraqlandığı hücumçunu heyətinə qatdı "Qarabağ" klubu növbəti transferini reallaşdırmaq üzrədir.
Futbol
1797
7 İyul , 2021 17:20
Qarabağ Neftçinin də maraqlandığı hücumçunu heyətinə qatdı
Abdul-Aziz Yakubu

"Qarabağ" klubu növbəti transferini reallaşdırmaq üzrədir.

"Report" "Guimaraesdigital" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubunu heyətinə qatmağa çox yaxındır.

23 yaşlı hücumçu artıq "köhlən-atlar"ın təlim-məşq toplanışı keçdiyi Avstriyaya yola düşüb.

Qanalı forvardın 4 illik müqavilə imzalayacağı gözlənilir. Transferin rəsmiləşməsi üçün xırda detalların qaldığı bildirilib. "Vitoriya" Azizin "Qarabağ"a keçidinə görə təxminən bir milyon avro qazanacaq.

Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də oynayıb. O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub. Hücumçu ilə Azərbaycan çempionu "Neftçi" də maraqlanıb.

Son xəbərlər

Orphus sistemi