“Qarabağ” - “Malmö” matçının hakimi Azərbaycan millisinin oyununu idarə edib - ARAŞDIRMA

“Qarabağ” - “Malmö” matçının hakimi Azərbaycan millisinin oyununu idarə edib - ARAŞDIRMA UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda “Qarabağ”ın İsveç klubu “Malmö” ilə matçını idarə edəcək yunanıstanlı hakim Anastasios Papapetru daha əvvəl Azərbaycan millisinin oyununu da idarə edib.
Futbol
2 Oktyabr , 2024 16:01
“Qarabağ” - “Malmö” matçının hakimi Azərbaycan millisinin oyununu idarə edib - ARAŞDIRMA

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda “Qarabağ”ın İsveç klubu “Malmö” ilə matçına təyinat alan yunanıstanlı hakim Anastasios Papapetru daha əvvəl Azərbaycan millisinin oyununu idarə edib.

“Report” xəbər verir ki, 39 yaşlı FIFA referisi 2015/2016 mövsümündən etibarən UEFA-nın bayrağı altında keçirilən yarışlara təyinat almağa başlayıb.

O, Azərbaycan yığmasının 2022-ci ildə Millətlər Liqasında Belarusa qarşı matçını idarə edib. Həmin vaxt Canni de Byazinin rəhbərlik etdiyi milli rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb. Yunanıstanlı hakim bu matçda Mahir Emrelini cəzalandırıb. O, görüşün 77-ci dəqiqəsində hücumçuya sarı vərəqə göstərib. Bu, oyunda göstərilən yeganə vərəqə olub.

O, Azərbaycan millisinin daha bir matçında iş başında olub. 2023-cü ildə Millətlər Liqasının Bakıda baş tutan Avstriya ilə oyununda dördüncü hakim kimi fəaliyyət göstərib. Bu görüş qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Referi Avropa səviyyəli yarışlar, həmçinin Yunanıstan çempionatı ilə yanaşı, bir dəfə İsveçrədə də idarəçilik edib. 2018-ci ildə “Sürix” - “Syon” matçında iş başında olub.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi