"Qarabağ" klubu azarkeşlərə müraciət edib

"Qarabağ" klubu azarkeşlərə müraciət edib UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda bu gün Bakıda Kiprin AEL komandası ilə qarşılaşacaq "Qarabağ" azarkeşlərinə müraciət edib.
Futbol
12 Avqust , 2021 14:04
Qarabağ klubu azarkeşlərə müraciət edib

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda bu gün Bakıda Kiprin AEL komandası ilə qarşılaşacaq "Qarabağ" azarkeşlərinə müraciət edib.

"Report" xəbər verir ki, tərəfdarlara görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionuna girişi matç saatına saxlamamaq tövsiyə olunub.

"Qapılar saat 18:00-da açılacaq. Stadion önündə sıxlığın yaranmaması üçün azarkeşlərimizdən yerlərini öncədən tutmalarını xahiş edirik", - müraciətdə bildirilib.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. ilk oyunda qalib müəyyənləşməyib.

Son xəbərlər

Orphus sistemi