"Qarabağ" Kadi Borgeslə uzunmüddətli müqavilə imzalayıb

Futbol
  • 01 avqust, 2022
  • 13:36
Qarabağ Kadi Borgeslə uzunmüddətli müqavilə imzalayıb

"Qarabağ" futbolçusu Kadi Borgeslə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 5 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı oyunçu 2021-ci ilin yayından "Qarabağ"da çıxış edir.