“Qarabağ”ın yeni transferi Fransa Liqa 1-də ən çox zədələnən futbolçular sırasındadır

“Qarabağ”ın yeni transferi Fransa Liqa 1-də ən çox zədələnən futbolçular sırasındadır “Qarabağ”ın yeni transferi Yassin Benzia Fransa Liqa1-də ən çox zədələnən futbolçuların reytinqində ilk “20-liy”ə düşüb.
Futbol
21 Fevral , 2023 18:45
“Qarabağ”ın yeni transferi Fransa Liqa 1-də ən çox zədələnən futbolçular sırasındadır

“Qarabağ”ın yeni transferi Yassin Benzia Fransa Liqa 1-də ən çox zədələnən futbolçuların reytinqində ilk “20-liy”ə düşüb.

“Report” xəbər verir ki, fransalı yarımmüdafiəçi siyahıda 18-ci pillədə qərarlaşıb.

Elitada “Lion”, “Lill” və “Dijon”un formasını geyinmiş 29 yaşlı pleymeyker orada olduğu müddətdə ümumilikdə 6 dəfə zədələnib və 434 gününü buna həsr edib. Həmin vaxt ərzində Benzia 53 oyun buraxıb.

Zədə sayına görə, reytinqə PSJ-nin futbolçusu Marko Verratti başçılıq edir. İtaliyalı yarımmüdafiəçi 34 dəfə xəsarət alıb. İkinci sırada qərarlaşan onun braziliyalı komanda yoldaşı Neymarda bu göstərici 27-dir. Ancaq buraxılan oyun sayında Neymar Verrattini qabaqlayır. Belə ki, cənubi amerikalı 104, avropalı 96 görüşdə PSJ-yə kömək edə bilməyib.

Buraxılan oyun sayında isə “Lion” və “Bordo”nun sabiq oyunçusu Yohann Qurkuff birincidir. Fransalı zədə ucbatından 105 matçda iştirak etməyib.

Qeyd edək ki, Yassin Benzia “Qarabağ”a qış fasiləsində “Dijon”dan keçib.

Son xəbərlər

Orphus sistemi