"Qarabağ"ın yeni transferi Avstriyada: Müqavilənin bəzi detalları bilindi

"Qarabağ"ın yeni transferi Avstriyada: Müqavilənin bəzi detalları bilindi "Qarabağ"ın heyətinə qatmağa hazırlaşdığı Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubu dünən ağdamlıların təlim-məşq toplanışı keçdiyi Avstriyaya gəlib.
Futbol
9 İyul , 2021 09:47
Qarabağın yeni transferi Avstriyada: Müqavilənin bəzi detalları bilindi

"Qarabağ"ın heyətinə qatmağa hazırlaşdığı Portuqaliyanın "Vitoriya" (Gimaraynş) klubunun futbolçusu Abdul-Aziz Yakubu dünən ağdamlıların təlim-məşq toplanışı keçdiyi Avstriyaya gəlib.

"Report" "O Jogo" nəşrinə istinadən xəbər verir ki, qanalı hücumçu müqavilənin son detallarını müzakirə etmək üçün Gimaraynş təmsilçisinin xüsusi icazəsi ilə sözügedən ölkəyə yollanıb.

23 yaşlı forvardın yaxşı maliyyə şərtlərini özündə əks etdirən 4 illik sözləşməyə imza atacağı və rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi bildirilib. "Köhlən atlar"ın bu keçid üçün qarşı tərəfə təqribən 1 milyon avro ödəyəcəyi qeyd olunub. Bundan başqa, "Vitoriya" gənc forvardın növbəti satışından əlavə bonus qazanacaq.

Qeyd edək ki, Abdul-Aziz Yakubu son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də oynayıb. O, 34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub.

Son xəbərlər

Orphus sistemi