"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna keçə bilər

"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna keçə bilər Çinin "Çjetszyan Qrintaun" klubundan ayrılan "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər.
Futbol
766
11 İyun , 2021 09:07
Qarabağın sabiq futbolçusu Türkiyə klubuna keçə bilər

Çinin "Çjetszyan Qrintaun" klubundan ayrılan "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, "Kocaelispor" 31 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

TFF 1-ci liqa təmsilçisi Cənubi Afrikadan olan forvardla danışıqlara başlayacaq.

Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin dekabrınadək "Qarabağ"da çıxış edib. Ağdam təmsilçisi yanvarda təcrübəli oyunçu ilə danışıqlar aparmışdı.

Son xəbərlər

Orphus sistemi