"Qarabağ"ın baş məşqçisi: Komanda get-gedə daha güclü oynamağa başlayır

"Qarabağ"ın baş məşqçisi: Komanda get-gedə daha güclü oynamağa başlayır "Futbolçularımı təbrik edirəm, vacib qələbə idi"
Futbol
379
13 Mart , 2021 19:29
Qarabağın baş məşqçisi: Komanda get-gedə daha güclü oynamağa başlayır
Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm, vacib qələbə idi. Bir az gərginlik və yorğunluq var idi. Hər bir futbolçudan razı qaldım.

Komanda get-gedə daha inamlı və güclü oynamağa başlayır. İndi fasilə olacaq. Ola bilər ki, futbolçular bu fasilədə əvvəlki formalarından uzaqlaşsın. Əlimizdə olan 5-6 futbolçu ilə 15 günü keçirəcəyik"

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XX turunda evdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

Qırx doqquz yaşlı mütəxəssis 4 oyunluq cəzadan sonra Kevin Medinanın oynamamasına münasibət bildirib: "Bəzi nüanslar çox idi. Ola bilərdi ki, uzun müddətdən sonra oyuna çıxması çətinlik yaratsın. Digər tərəfdən, digər futbolçular da özünü yaxşı tərəfdən göstərir".

Qurbanov sabiq futbolçuları Dino Ndlovunun Ağdam təmsilçisinə qayıdışı haqqında yazılan xəbərlərə də toxunub: "Onu hamımız çox istəyirik. Bizim bir parçamız olub. Uğurlarımızda onun da əməyi var idi. Hazırda onun qayıdışı ilə bağlı məsələ yoxdur. Yanvarda qısa danışıq oldu. Bizə təklif etmişdilər və sonra söhbət qaldı. Əlavə heç nə olmayıb".

O, yığmanın oyunlarının komandaya təsir edəcəyini söyləyib: "Hər zaman millidən sonra futbolçularımın fiziki yox, psixoloji vəziyyətindən narahat olmuşam. Son oyunda optimal heyətimiz yaranıb, qələbələri sıralayırıq. İndi fasilə olacaq və 11-12 futbolçumuz millililərə çağırılacaq. Andradeni də dəvət ediblər. Əlimizdə 5-6 gənc futbolçu qalır. Sonra yenidən komandanı bərpa etmək narahatlıq yaradır məndə. Çox gərgin çempionat gedir.

Milli komanda hamımızındır. Həm sevinirik ki, bu qədər futbolçumuz milliyə gedir. Neçə gündür düşünürəm ki, yığdığımız bu formanı fasilədən sonra necə geri qaytaracağıq".

Son xəbərlər

Orphus sistemi