"Qarabağ"ın sabiq futbolçusu: "İstədikləri oyunu göstərsələr, Norveçdə qələbə qazana bilərlər"

"Qarabağ"ın sabiq futbolçusu: "İstədikləri oyunu göstərsələr, Norveçdə qələbə qazana bilərlər" "İstədikləri futbolu nümayiş etdirə bilsələr, qələbə qazana bilərlər".
Futbol
30 Noyabr , 2023 13:37
Qarabağın sabiq futbolçusu: İstədikləri oyunu göstərsələr, Norveçdə qələbə qazana bilərlər

"İstədikləri oyunu nümayiş etdirə bilsələr, Norveçdə qələbə qazana bilərlər".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov "köhlən atlar"ın bu gün Norveçdə "Molde"yə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu ilə bağlı danışarkən deyib.

35 yaşlı sabiq yarımmüdafiəçi ölkə çempionunun Vətənə istədiyi nəticə ilə qayıda biləcəyini vurğulayıb: "Komanda bunun üçün öz oyununu göstərməlidir. "Qarabağ"ı çox ağır qarşılaşma gözləyir. Hər iki kollektivin 6 xalı var və növbəti mərhələyə iddialıdırlar. Çox gərgin matç olacaq".

Hazırda "Araz-Naxçıvan"da məşqçi kimi fəaliyyət göstərən Ə.İsmayılov başqa mühüt və stadionun futbolçulara çətinlik yarada biləcəyini söyləyib: "Amma artıq komanda bu cür çətinlikləri kifayət qədər görüb. Hər il bundan da iddialı rəqiblərlə üz-üzə gəliblər və öz dəst-xətləri var. Heç-heçə haqqında fikirləşmələrini istəmirəm. Belə düşüncədə olsalar, çətin olacaq. Heç-heçəyə oynasalar, dözə bilməyəcəklər. İstədikləri futbolu sərgiləsələr, qələbə qazana bilərlər. Çünki "Qarabağ" əks-hücumlara yaxşı çıxır və matçın taleyini həll edə biləcək futbolçuları var. Fərqlənmək üçün şanslar mütləq olacaq, bunlardan istifadə etməliyik".

Qeyd edək ki, bu gün reallaşacaq "Molde" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi