"Qarabağ"ın rəqibi daha bir futbolçu ilə güclənib

"Qarabağ"ın rəqibi daha bir futbolçu ilə güclənib "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan Çexiyanın "Viktoriya" klubu daha bir transferi həyata keçirib.
Futbol
11 Avqust , 2022 18:07
Qarabağın rəqibi daha bir futbolçu ilə güclənib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan Çexiyanın "Viktoriya" klubu daha bir transferi həyata keçirib.

"Report" Plzen klubunun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah hücumçusu Erik Yirka ilə 3 illik müqavilə bağlanılıb.

Slovakiyalı futbolçu transferi haqda danışarkən Çempionlar Liqasına da toxunub: "Komanda ilə birgə olmağı səbirsizliklə gözləyirəm. Menecerim mənə bu təklif haqda deyəndə həyəcanlandım. Çempionlar Liqası uğrunda mübarizə mənim üçün və "Viktoriya"dakı bütün oyunçular üçün böyük motivasiyadır. Həmin matçlarda çıxış etməyə və komandaya kömək etməyə hazıram. Bunun üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, İspaniyanın "Real Ovyedo" klubundan transfer olunan Erik Yirka Slovakiya millisinin də üzvüdür.

Son xəbərlər

Orphus sistemi