"Qarabağ"ın rəqibi bir neçə futbolçusunun xidmətindən məhrum olub

"Qarabağ"ın rəqibi bir neçə futbolçusunun xidmətindən məhrum olub Bakı. 16 oktyabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Portuqaliya “Sportinq”i bir neçə futbolçusunun xidmətindən məhrum olub.
Futbol
16 Oktyabr , 2018 17:21
Qarabağın rəqibi bir neçə futbolçusunun xidmətindən məhrum olub

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Portuqaliya “Sportinq”i bir neçə futbolçusunun xidmətindən məhrum olub.

“Report” “A Bola” nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisinin heyətində zədəlilər sırasına brazilyalı hücumçu Rafinya da qoşulub. 21 yaşlı oyunçu sol ayağının bud əzələsindən xəsarət alıb. Onun oktyabrın 20-də Portuqaliya Kubokunda “Lores” klubuna qarşı səfər matçını buraxacağı dəqiqləşib.

Komandanın bugünkü məşqini zədə səbəbindən Bas Dost, Jeremi Matyö, Luis Maksimiano da buraxıb. Markus Vandel Vale da Silva isə icazəli olduğu üçün hazırlıq prosesinə qatılmayıb. Fransalı futbolçu Matyönün Avropa Liqasının III turunda İngiltərə “Arsenal”ı ilə ev oyununu da buraxacağı dəqiqləşib.

“Portimonensi” ilə səfər oyununda başından zədələnən qapıçı Romen Salen isə artıq məşqlərə başlayıb.

Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan "Sportinq" “Qarabağ”la ilk turda üz-üzə gəlib. Lissabonda keçirilmiş görüş “ağ-yaşıllar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi