Bakı. 8 oktyabr.
“Report” “A Bola” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı qolkiper Portuqaliya Primeyrasının VII turunda “Portimonensi” ilə səfər oyununun 45-ci dəqiqəsində başından zərbə alıb. Qapısına gələn topu dəf etmək istəyən fransalı çərçivə qoruyucusu dirəklə toqquşub. Nəticədə o, meydanı xərəkdə tərk edib.
Oyundan birbaşa xəstəxanaya aparılan qolkiper gecəni həkim nəzarəti altında keçirib. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildiriblər.
Qeyd edək ki, “Portimonensi” – “Sportinq” görüşü ev sahiblərinin qələbəsi ilə başa çatıb – 4:2.
Manaf QASIMBƏYLİ