"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"i baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayıra bilər.
Futbol
27 Dekabr , 2021 10:50
Qarabağın rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər
Xorxe Sampaoli

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"i baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayıra bilər.

"Report" "Foot-sur7" nəşrinə istinadən xəbər verir ki, Liqa 1-də yaxşı nəticələr əldə olunsa da, Avropa Liqasındakı uğursuzluq rəhbərliyi narahat edib.

Bundan əlavə, "Marsel"in sərgilədiyi oyun da qənaətbəxş hesab edilmir. Bu səbəbdən 61 yaşlı argentinalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər.

Fransa mətbuatı komandanın sabiq baş məşqçisi Andre Villaş-Boaş və Əlcəzair millisinin sükanı arxasında olan Camel Belmadinin "Marsel"ə rəhbərlik edə biləcəyini yazıb.

Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq. Liqa 1-də 18 oyuna 33 xal toplan "Marsel" "Nitsa" ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.

Son xəbərlər

Orphus sistemi