"Qarabağ"ın müdafiəçisi zədə səbəbindən ili başa vurub
Futbol
- 07 dekabr, 2022
- 06:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.
"Köhlən atlar"ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 29 yaşlı müdafiəçi dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.
İli vaxtından əvvəl başa vuran kolumbiyalı oyunçunun əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Həmin görüşdə xəsarət alan Qara Qarayevin durumu isə ciddi deyil. 30 yaşlı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.
Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.
Son xəbərlər
18:02
İngiltərədə miqrant əleyhinə keçirilən aksiyada 12 etirazçı saxlanılıb
Digər ölkələr17:59
Foto
MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
Fərdi17:57
Dima Əl-Yahya: Azərbaycan Avropa və Mərkəzi Asiya arasında mühüm rəqəmsal körpü ola bilər
Xarici siyasət17:53
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
İnfrastruktur17:46
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
Daxili siyasət17:45
"Real" müqaviləsinin müddətinin uzadılması ilə bağlı Arda Gülərlə razılığa gəlib
Futbol17:37
Fransada etirazlar zamanı 5 mindən çox şəxs saxlanılıb
Digər ölkələr17:36
EIB Bakı Metrosunun modernləşdirilməsinin maliyyələşdirilməsinə layihə ekspertizası başa çatdıqdan sonra baxacaq
İnfrastruktur17:30
Foto