"Qarabağ"ın müdafiəçisi "Şerif"lə matçda iştirak etməyəcək

"Qarabağ"ın müdafiəçisi "Şerif"lə matçda iştirak etməyəcək "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda Moldova "Şerif"i ilə matça itki ilə çıxacaq.
Futbol
25 Avqust , 2020 10:02
Qarabağın müdafiəçisi Şeriflə matçda iştirak etməyəcək

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda Moldova "Şerif"i ilə matça itki ilə çıxacaq. 

Klubun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun "Report"a verdiyi məlumata görə, Ağdam təmsilçisi müdafiəçi Rahil Məmmədovun xidmətindən yararlana bilməyəcək. 

Klub rəsmisi Məmmədovun Qəbələdəki toplanışdan əvvəl yüngül zədəsinin olduğunu bildirib. İbrahimovun sözlərinə görə, oyunçu hazırlıq prosesində yenidən zədələnib və hazırda əzələsində ağrılar var. 

Əvəzində, komandanın baş məşqçisi Qurban Qurbanov I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu 4:0 məğlub etdikləri matçı cəza səbəbindən buraxmış Qara Qarayevin xidmətindən yararlana biləcək. 

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi